Yaşar Gülər Azərbaycana gəlir

12 May 2025 12:04

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfər edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün keçiriləcək Nazirlər Kabinetinin iclasından sonra Bakıya yola düşəcək.

Səfər çərçivəsində onun bir sıra görüşlər keçirəcəyi qeyd olunub.

Milli.Az