PKK silahları bu 3 nöqtəyə təslim edəcək - Detallar

12 May 2025 17:45

Xəbər verdiyimiz kimi,  PKK terror təşkilatı bu gün özünü ləğv etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, qurultaydan sonra silahların yerə qoyulduğu açıqlanıb. Bununla bağlı təfərrüat üzə çıxıb.

Təşkilata yaxın internet saytlarında yer alan məlumata görə, terrorçuların 3 mərhələli plan çərçivəsində beynəlxalq müşahidəçilər və BMT-nin nəzarəti altında silahlarını təhvil verəcəyi bildirilib.

Onların Duhok vilayətinin Amadiya və Kanimasi, Ərbilin Binar və Köysancak, Şimali İraqda sığınacaq bölgələrinin yerləşdiyi Süleymaniyyədə isə Ranya və Seyid Sadıq qəsəbələrində silahlarını təslim edəcəkləri bildirilib.

Qeyd edək ki, İmralıdan gələn çağırışdan sonra PKK-nın özünü buraxması və silahı yerə qoymaq qərarı "Terrorsuz Türkiyə" hədəfinə doğru atılmış mühüm addımdır. 

Fidan
Milli.Az