4-cü dəfə burun əməliyyatına girəcək

12 May 2025 14:02

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.

O, 4-cü dəfə burnunu plastik əməliyyat etdirəcək. Nəfəs almaq ilə problem yaşadığını deyən Şabanova həm daxili, həm də xarici müdaxiləyə ehtiyac duyduğunu bildirib.

Xanəndə həmçinin sözügedən əməliyyatlarının heç birinə xərcinin çıxmadığını da etiraf edib.

Hüseyn
Milli.Az