Yay gələn kimi dolub-daşan Çeşmə bu dəfə də qiymət şokuyla gündəmə gəlib.
Milli.Az bildirir ki, indi də çimərliklərin birində tualetə girmək üçün 100 lirə, yəni təxminən 5 manat tələb olunması sosial şəbəkələrdə müzakirə yaradıb.
Çimərlikdə çəkilən şəkil yayılandan sonra camaat "adam çölə çıxmağa qorxur" deyə etiraz edib. Lahmacun, şezlonq qiymətlərindən sonra indi də tualet pulu Çeşmədə dillərə düşüb.
İsmayıl
Milli.Az