"İnter" 2 ulduzunu GÖNDƏRİR

12 May 2025 09:35

Çempionlar liqasının finalçısı "İnter" bu yay iki ulduz futbolçusu ilə vidalaşacaq.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, onlar Marko Arnautoviç və Xoakin Korreadır.

Sözügedən məlumatı məşhur insayder Fabritsio Romano verib.

Onun sözlərinə görə, klub futbolçuların müqavilələrini yeniləmək istəmir.

Onu da bildirək ki, 36 yaşlı Arnautoviç bu mövsüm "İnter"də 26 oyunda 7 qol və 2 məhsuldar ötürmə ilə, 30 yaşlı Korrea isə 19 matçda 1 qol və 4 assistlə yadda qalıb.

Hüseyn
Milli.Az