50 yaşlı kişi alçaya görə öldü

12 May 2025 09:15

Göyçayda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, 1975-ci il təvəllüdlü Bığır kənd sakini Şirinov Müşfiq Kamal oğlu ağacdan alça yığarkən ehtiyatsızlıqdan yıxılıb.

O, almış olduğu xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az