Cəbhədə inanılmaz hiylə: ruslar belə aldadılır

12 May 2025 08:29

"Böyük Britaniya Rusiya silahlı qüvvələrini çaşdırmaq üçün Ukraynanı saxta zenit sistemləri və tanklarla təmin edir".

Milli.Az xəbər verir ki, bu barədə "Tayms" qəzeti məlumat yayıb.

"İngiltərə bunun üçün Ukraynaya maketlər göndərir. Belə ki, mütəxəssislər hərbi texnikanın, o cümlədən "Challenger 2" tanklarının və AS-90 özüyeriyən artilleriya qurğularının rəqəmsal fotoçəkilişini həyata keçirir. Bundan sonra təsvirlər xüsusi materiallarda çap olunur və Kiyevə göndərilir. Ardınca onlar ön cəbhəyə yerləşdirilir", - deyə bildirilib. (Globalinfo.az)

Milli.Az