Tərtərdə dolu kənd təsərrüfatına ciddi ziyan vurdu - VİDEO

11 May 2025 22:24

Tərtər rayonunda yağan dolu kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.

Milli.Az xəbər verir ki, Kəbirli, Xoruzlu və Bayandur kəndlərinə yağan dolu nəticəsində kənd sakinlərinə məxsus günəbaxan, dənli və yem bitkiləri əkilmiş sahələr, eləcə də meyvə bağları zərər görüb.

Hazırda təbii fəlakətin vurduğu ziyanın dəqiq miqdarı müəyyənləşdirilməyib.

Oxşar hava hadisəsi Bərdə rayonunda da müşahidə olunub. Xüsusilə Cicimli kəndində fərdi əkin sahələrinə ziyan dəyib.

Milli.Az