"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

11 May 2025 21:46

rabitebankUkrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləyəcəyini bildirib. 

Milli.Az xəbər verir ki, bu barədə o, "Telegram" kanalında yazıb. 

"Sabahdan atəşkəsin tam və davamlı şəkildə başlanmasını gözləyirik - bu, diplomatiyaya zəruri zəmin yaratmaq üçündür. Qətlləri uzatmağın mənası yoxdur. Cümə axşamı Türkiyədə Putini şəxsən gözləyəcəyəm. Ümid edirəm ki, bu dəfə ruslar gəlməmək üçün bəhanə axtarmayacaqlar." deyə Zelenski bildirib.

Lalə Qüdrətova
Milli.Az