“Eşref Rüya”da ayrılıq - FOTO

11 May 2025 20:25

"Kanal D"nin məşhur serialı "Eşref Rüya"da vida olacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Nusret ağa" obrazını canlandıran Hüseyn Soysalan ekran işindən ayrılacaq.

Qeyd edək ki, serialın son bölümündə "Eşref"ə əl öpdürmək istəyən "Nusret ağa" ölümlə üz-üzə qalmışdı.

Milli.Az