"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

11 May 2025 21:05

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdən əziyyət çəkir. Biri var belində ağrı var, 3-5 gün insan dözər, ağrıkəsici istifadə edər. Biri də var onkoloji xəstəsən".

Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Mehman Rəsulov "Xəbər-ertəsi" proqramında deyib. O, dövlət xəstəxanasındakı növbədən şikayətlənib:

"İcbari sığorta ilə həmin xəstəni özəl bir xəstəxanaya yönləndirə bilərlər. Mən inanmıram ki, hansısa özəl xəstəxanada sən növbədə 811-ci adam olasan. Adam səhər 5-də 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) icbari tibbi sığortadan yararlanıb, amma onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir? 811 diviziya nömrəsidir. Allah heç kimi 811-ci növbədə etməsin. Bizim əhalimizin sayı 50 milyon deyil. Onkoloji xəstənin saniyəsi qızıldır.

Aparıcı Aytən Səfərova isə məsələ ilə bağlı bunları deyib:

"Hər özəl klinikada da MRT aparatı yoxdur. İcbari tibbi sığortadan kifayət qədər yararlanan insanlar var. Yararlanan insanlar səsini çıxarmır, gedib işi ilə məşğul olur. Bir çoxumuz ağız-burun büzürük. Amma inanın ki, növbədə 900-cü adamlar da var. Mədə-bağırsaq, beyin xəstələri də var. Onlar da xəstəliklərinə görə MRT aparatı üçün növbə gözləyir". (Axşam.az)

Milli.Az