“Kurtlar Vadisi”nin aktrisasından üzücü XƏBƏR – FOTO

11 May 2025 16:35

"Kurtlar Vadisi" serialında "Cerrahpaşalıların bacısı" obrazı ilə yadda qalan aktrisa Şıvqa Gerez xərçəng xəstəliyinə tutulub.

Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

"Xərçənglə mübarizəmiz başlayıb. Onu ən yaxşı şəkildə yola salacağıq", - deyə o bildirib.

Gerezin paylaşımından sonra bir çoxları aktrisaya dəstək mesajı yazıb. /Globalinfo.az

Milli.Az