"Fənərbağça"dan ilk o GEDİR

11 May 2025 12:32

"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç mövsümün sonunda komandanı tərk edəcək.

Milli.Az xəbər verir ki, Xorvatiyalının "sarı-lacıvərdlilər"dən ayrılacağı dəqiqdir.

İstanbul klubu yayda yeni qapıçı transfer edəcək.

Livakoviç 2023-cü ilin yayında "Fənərbağça"ya transfer olunub. O, cari mövsüm 31 oyunun 9-da qapısını toxunulmaz saxlamağı bacarıb. /Offsideplus.az

Milli.Az