Rəsmi Bakıdan Hindistan və Pakistan arasında əldə olunan atəşkəsə reaksiya

10 May 2025 20:21

Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq.

Milli.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq", - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Milli.Az