Gəncədə ağır qəza - ölən var

10 May 2025 22:47

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, ölən var.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində, 1973-cü il təvəllüdlü L.İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, xəstəxanalardan birinə aparılan zaman yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az