"Barselona" üçün "El-Klassiko"dan öncə şad xəbər

10 May 2025 19:34

"Barselona"nın iki futbolçusu zədədən qayıdıb. 

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bunlar Alexandro Balde və Mark Kasadodur. Kataloniya klubunun hər iki oyunçusu La Liqanın 35-ci turunda keçiriləcək "Real"la matça hazır olacaq. 

Qeyd edək ki, sözügedən matç sabah Bakı vaxtı ilə 18:15-də keçiriləcək. 

Milli.Az