Şəkidə ağır qəza - Xəsarət alanlar var - yenilənib - FOTO

10 May 2025 21:15

21:15

Şəki rayonunda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 10 may, saat 17:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan yeddi nəfər (altısı kişi cinsli, biri qadın cinsli olmaqla) hospitalizasiya olunub.

"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta-stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilir.

---------
20:30

Xəbərə foto əlavə olunub.

---------
20:00


Şəkidə baş verən qəza zamanı xəsarət alanların sayı və kimliyi məlum olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə qəza zamanı 6 nəfər xəsarət alıb.

Belə ki, Balakən rayon sakinləri olan "Mercedes" sürücü, 1986-cı il təvəllüdlü, Gündüzzadə Asif, 1992-ci il təvəllüdlü Əliyev Turqut, 2019-cu il təvəllüdlü Qədirzadə Kənan, 1961-ci il təvəllüdlü Eteri Ocaqverdiyeva, həmçinin Şəki rayon sakinləri "Ford"sürücü 1987-ci il təvəllüdlü Elşən Məmmədov və 2013-cü il təvəllüdlü Məmmədli Əli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Şəki şəhəri Salman Mümtaz küçəsində "Ford" markalı yük və "Mercedes Vito" markalı avtomobillər toqquşub.

Qəza zamanı 6 nəfər yaralanıb.

------------
18:11

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində olub.

Belə ki, hərəkətdə olan "Ford" markalı yük maşını və "Mercedes Vito" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az