"Nazir mənə nə qədər ərzaq gətirdi"

10 May 2025 17:51

"Evimdə çörək yeyən, ssenari yaan yaxın dostlarım bir dəfə məni axtarmayıblar. Həddindən artıq küskünəm".

Milli.Az xəbər verir ki, bu sözləri aktyor Allahverdi Yolçuyev "Künc-bucaq" yutub layihəsində deyib. O, bir çox dostunun onu çətin gündə yada salmadığını söyləyib.

A.Yolçuyev mərhum Xalq artisti Arif Quliyevdən danışaraq "Rejissorlarımız Arif Quliyevdən yaxşı istifadə etmədi. Hər şeydə gözəl oynayırdı. Azərbaycanda klon ən çətin peşədir. Qonşu olmuşuq, tez-tez danışırdıq. Ölümündən iki gün əvvəl zəng etdi, danışa bilmirdi. Dedim, getmə həkimə, evdə otlarla müalicə et. Axırda getdi həkimə və belə oldu" sözlərini söyləyib.

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor sağaldığını deyib:

"Əməliyyat ötdü getdi. Dublyaj mənə kömək edib. Bu günə kimi heç kimin qapısını döymədim. Döysəydim, fəxri adım da, təqaüdüm də olardı. Mədəniyyət naziri Adil Kərimliyə çox inanıram, mənimlə özü zəng edib danışdı. Mənə nə qədər ərzaq gətirdilər. Saleh Bağırov, Zaur Baxşəliyev mənə yardım edib. Zaur Kamala da təşəkkür edirəm. Kömək ediblərsə, böyük puldur. Zaur Kamal həkimlə danışdı, mənə yardım etməsini istədi. ARB kanalı pul ödədi. İndi oynayıram, danışıram, gülürəm"./Axşam.az

Milli.Az