İlham Əliyev Kəngərlidə çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub - VİDEO - FOTO

10 May 2025 15:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, burada əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına imkan yaranacaq. Binada müxtəlif tədbirlərin keçiriləcəyi iclas zalı və işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələri üçün iş otaqları yaradılıb.

Milli.Az