Tanınmış reperin meyiti tapıldı - FOTO

10 May 2025 13:45

Almaniyada əsl adı Civar Hacabi ilə tanınan İran əsilli məşhur reper Xatarı ölü tapılıb. 

Milli.Az xəbər verir ki, bu barədə "Bild" nəşri xəbər verir.

Məlumata görə, 44 yaşlı reperin ölüm yeri dəqiq müəyyən edilməyib. Musiqiçinin cəsədinin ya Kölndə, ya da Berlində tapıldığı qeyd edilir.

İfaçının ölüm səbəbi hazırda məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az