"Barselona" Lamin Yamala rəqib gətirir - Manes Akliuş radardadır

10 May 2025 14:27

İspaniyanın nəhəng klubu "Barselona", Fransanın "Monako" komandasında çıxış edən gənc vinger Manes Akliuşun transferi ilə maraqlanır.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın məşhur idman nəşri "Sport.es" yayıb.

Məlumata görə, 23 yaşlı fransız futbolçu özü də "Barselona"ya keçmək istəyini ifadə edib.

Əgər transfer baş tutarsa, Akliuş "Barsa"nın heyətində əsas mövqelərdən birini tutmaq üçün parlaq gənc ulduz Lamin Yamal ilə ciddi rəqabətə girəcək.

Qeyd edək ki, Manes Akliuş bu mövsüm "Monako" forması ilə bütün turnirlərdə 41 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı futbolçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Kənan
Milli.Az