Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

10 May 2025 09:35

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.

Milli.Az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədri Əbülfət Mikayılov 60 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, o daha əvvəl icra başçısının müavini, təhsil şöbəsinin müdiri kimi vəzifələrdə də çalışıb.

Milli.Az