Məhəmməd Salah İngiltərədə ilin futbolçusu seçilib

10 May 2025 09:23

Futbol Yazarları Assosiasiyasının (FWA) versiyasına əsasən, İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu müəyyən olunub.

Milli.Az xəbər verir ki, bu mötəbər mükafata "Liverpul"un misirli ulduzu Məhəmməd Salah layiq görülüb.

Bu, 32 yaşlı hücumçunun karyerasında üçüncü belə uğurudur. O, daha əvvəl 2017/2018 və 2021/2022 mövsümlərində də FWA tərəfindən ilin futbolçusu elan edilmişdi.

Qeyd edək ki, Salahın çıxış etdiyi "Liverpul" bu mövsüm Premyer Liqa çempionluğunu rəsmiləşdirib. Təcrübəli vinger cari mövsümdə liqada keçirdiyi 35 oyunda 28 qol vurub və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Misirli forvard 2017-ci ildən "Liverpul" klubunun şərəfini qoruyur.

Kənan
Milli.Az