"Uzak şehir" izləyicilərinə pis xəbər

9 May 2025 22:46

Televiziya ekranlarının reytinq rekordu qıran "Uzaq Şəhər" serialında birinci mövsümün final tarixi bəlli olub. Fenomen serial 2 iyun tarixində yayımlanacaq bölümü ilə tamaşaçılarına vida edəcək. Serialın ikinci mövsümünün isə sentyabr ayında başlayacağı gözlənilir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həftələrdir reytinq cədvəllərində birinci sırada olan serial 2 iyun tarixində yayımlanacaq 28-ci bölümü ilə ilk mövsümə yekun vuracaq.

"Uzaq Şəhər"in mövsüm finalı üçün olduqca təsirli bir hekayənin ekranlara gətiriləcəyi bildirilir.

Mardinin mistik atmosferində çəkilən, Gülizar Irmakın ssenarisini yazdığı və baş rollarda Ozan Akbaba ilə Sinem Ünsalın oynadığı serial, 28-ci bölümlə mövsüm finalına çıxacaq. İkinci mövsümün sentyabr ayında yayımlanacağı gözlənilir.

"Uzaq Şəhər" bu həftə yayımlanan 24-cü bölümü ilə ən çox izlənən seriallar siyahısında birinci yerdə qərarlaşıb. Serialın 25-ci bölümünün fraqmanı isə sosial mediada böyük maraq görüb.

Lalə Qüdrətova
Milli.Az