"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə - FOTO

9 May 2025 22:21

"Arka Sokaklar"da Azərbaycanla bağlı səhnə yayımlanıb.

Milli.Az xəbər verir ki, hazırda "Arka Sokaklar" serialının yeni bölümü yayımlanır. Ekran işinin bu seriyasında Azərbaycana aid təyyarə qəzası ilə bağlı kadrlar nümayiş etdirilir. Hadisənin qəza olmadığı qeyd olunur.

Qeyd edək ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190AR tipli sərnişin təyyarəsi (reys J28243) Baki şəhərindən Çeçenistanın Qroznı şəhərinə uçarkən qəzaya uğrayıb. Qəza nəticəsində 67 nəfərdən ibarət sərnişin və ekipaj üzvlərindən 38-i həlak olub, 29 nəfər isə xəsarət alaraq sağ qalıb. Həlak olanlar arasında iki pilot və bir bələdçi də olub.

İslam
Milli.Az