“Sabah” “Şamaxı”ya qalib gəldi

9 May 2025 21:45

Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib.

Milli.Az xəbər verir ki, açılış matçında "Sabah" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 3:1. 

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb, "Şamaxı" isə 36 xalla yeddinci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

Milli.Az