Yeni Roma Papasının keçmiş paylaşımları üzə çıxdı - Bu prezidentə "qarşı imiş"

9 May 2025 11:36

Yeni Papa 14. Leonun keçmiş paylaşımları üzə çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 14. Leo keçmişdə Trampın miqrant siyasətlərini sərt şəkildə tənqid edibmiş.

Papa seçilən Amerikalı kardinal Robert Prevost əvvəlki paylaşımlarında miqrant uşaqların ailələrindən ayrılmasını "əxlaqi baxımdan müdafiə olunmaz" adlandırıb.

İlk Amerikalı Papa olan Leo XIV əvvəllər sosial mediada Trampın miqrant siyasətlərinə qarşı sərt paylaşımlar edib.

Papa həmçinin Tramp hökumətinin Marylandda yaşayan, üç uşaq atası miqrant Kilmar Abrego Garcianın sərhəddən geri qaytarılmasına da etiraz edib.

Papa Trampa yaxınlığı ilə tanınan JD Vance barədə də tənqidlər səsləndirib. O, Vancein miqrant siyasətini hədəf alan məqalə paylaşıb.

İsmayıl
Milli.Az