Aysunun Moskvada başına İŞ GƏLDİ: "Gecə müharibə..."

9 May 2025 10:12

Müğənni Aysun İsmayılovanın başına iş gəlib.

Milli.Az xəbər verir ki, o, Moskvadan Bakıya qayıtmaqda çətinlik çəkib.

Buna səbəb isə bütün reyslərin ləğv edilməsi olub.

Sənətçi yaşadığı narahatlığı belə dilə gətirib:

"Bu gün 12:10 təyyarəsi ilə Bakıya uçmalı idik. Lakin gecə müharibə şəraiti ilə bağlı bütün hava limanlarını bağladılar, reyslər dayandırıldı. Deyilənə görə, təyyarəmiz 17:10-da uçacaq. Hələ ki xəbər yoxdur. Gözləyirik. İnşallah sağ-salamat Vətənimə qayıdaram, övladıma qovuşaram. Həyəcan və qorxu ilə gözləyirik".

Musa
Milli.Az