“BakıKart”da yaranan problemlə bağlı AYNA-dan açıqlama - YENİLƏNİB

9 May 2025 11:25

11:25

Bu gün saat 07:42-08:26 aralığında Nağdsız Ödəniş Sistemində ("BakıKart") gediş haqqının QR ödənilməsində çətinlik yaşanıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, səbəb QR generasiyasında texniki problemin yaranmasıdır.

"Hazırda problem aradan qaldırılıb və sərnişinlər ictimai nəqliyyatda ödənişləri QR yaratmaqla həyata keçirə bilirlər", - qurumdan məlumat verilib.

-------

08:58

"BakıKart"da problem yaranıb.

1 saatdan çoxdur ki, ictimai nəqliyyatda QR-la ödənişlər etmək mümkün deyil.

Belə ki, "M10" və "Birbank" tətbiqləri vasitəsilə edilən ödənişlər "BakıKart" cihazlarındakı problem səbəbindən köçməyib.

Nəticədə ictimai nəqliyyat vasitələrində növbələr baş verib.

Milli.Az