Cahit Bağcı yüksək vəzifəyə təyinat aldı

9 May 2025 01:13

Türkiyənin Azərbaycandakı sabiq səfiri Cahit Bağcı yüksək vəzifəyə təyinat alıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl Çorum millət vəkili və səfir kimi fəaliyyət göstərmiş Cahit Bağcı Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın müşaviri olaraq çalışmağa başlayıb.

Lalə Qüdrətova
Milli.Az