SOCAR-da yeni təyinat

9 May 2025 00:11

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

Milli.Az report-a istinadən xəbər verir ki, Pərviz Ramiz oğlu İbadullayev SOCAR-ın "Neft Kəmərləri" İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək "SOCAR Midstream Operations" MMC-də icraçı direktorun müavini vəzifəsində çalışıb.

Milli.Az