İki nəfər pomidordan zəhərləndi

8 May 2025 19:53

Ağsuda iki nəfər zəhərlənib.

Milli.Az xəbər verir ki, Ağsunun Daşdəmirbəyli kənd sakinləri - 1989-cu il təvəllüdlü Nizami Bağırov və 1986-ci il təvəllüdlü Rza Babaşov zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

İlkin ehtimala görə, onlar pomidordan zəhərləniblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Milli.Az