Milli Kitab Mükafatının qalibi açıqlandı

31 May 2010 20:42
Milli.Az-ın verdiyi xəbərə görə, media nümayəndələrinin iştirakı ilə baş tutan toplantıda mükafatın təsisçisi Nigar Köçərli münsiflər heyətinin yekun rəyini açıqlayıb:

Birinci yerə - Elxan Qaraqan "A" romanı, ikinci yerə Əjdər Ol Portret hekayələri, üçüncü yerlərə - Samit Əliyev "Sem şaqov v napravlenii zakata" povesti və Fəxri Uğurlu Hekayələr toplusu ilə layiq görülüb.

Qeyd edək ki, müsabiqədə ilk üçlük uğrunda yarışan iştirakçılar bunlar idi:

Şərif Ağayar: "Kərpickəsən kişinin dastanı" (povest)
Əlabbas Bağırov: "Qiyamçı" (roman)
Nəriman Əbdülrəhmanlı: "Yalqız" (roman)
Samit Əliyev: "Sem şaqov v napravlenii zakata" (povest)
Eyvaz Əlləzoğlu: "Odunçu geri qayıdır" (roman)
Elxan Qaraqan: "A" (roman)
Kamran Nəzirli: Hekayələr toplusu
Əjdər Ol: Portret hekayələr
Rafiq Tağı: Hekayələr toplusu
Fəxri Uğurlu: Hekayələr toplusu

Birinci yerin qalibinə 3000 manat, ikinci yerin qalibinə 2000 manat, üçüncü yerin qalibinə 1000 manat mükafat verilib.

Gənclər və İdman Nazirliyinin xüsusui mükafatı Əliabbas Bağırova verilib - 1000 manat.
Bundan əlavə, "1 News" saytı 1000 manat məbləğində xüsusi mükafatını Eyvaz Əlləzoğluna təqdim etdi.

Qeyd edək ki, qaliblər müsabiqənin bundan əvvəl elan olunmuş "qısa siyahısı"- 10 yazarın içindən seçilib. Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan Milli Kitab Mükafatının əsas onluğuna daxil olan əsərlər artın kitab şəklində çap olunub. Onların kitabxanalarda pulsuz paylanacağı bildirildi.

Mükafatın münsiflər heyətində Yazıçılar Birliyinin katibi və "Pen-klub"un sədri Çingiz Abdullayev, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, yazıçı Afaq Məsud, kinorejissor Ramiz Fətəliyev, şair Vaqif Səmədoğlu, millət vəkili Rəbiyyət Aslanova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Xəzər" Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və "Muğam" radiosunun rəhbəri Elnur Baimov təmsil olunurdular.

Müsabiqənin təşkilatçısı "Əli və Nino" kitab mağazaları şəbəkəsidir.

Aytən
Milli.Az