Məşhur türk modelə saçyoldu cəzası: 12 il həbs

19 İyul 2012 11:46
Milli.Az "Vatan"a istinadən bildirir ki, model Eylem Şenkal avtomobil dayanacağında 55 yaşlı qadını "həyati funksiyaları təhlükədə qoyacaq şəkildə" yaralamaqda suçlanır.

İstanbul Prokurorluğunun iddiasında bildirilir ki, Eylem Şenkal şəhərin Sarıyer Rumeli Hisarı səmtindəki gözəllik salonunun qarşısında maşınını saxlayıbmış. Bu zaman 55 yaşlı Alev Yüksel Köyel həmin yerin ona aid olduğunu deyərək modeldən maşınını kənara çəkməsini istəyib.

İki qadın arasında dava başlayıb və model dalaşdığı qadına deyib: "Fahişə, lağım siçanı, səni öldürərəm, kim olduğumu sənə öyrədərəm, sənin üstünə adamlarımı göndərəcəyəm".
Köyel də modelə: "Murdar qadın, çək maşını, səni bütün Türkiyədə rəzil edərəm", - deyib.

Sonra iki qadın saçyolduya çıxıb, onları yoldan keçənlər ayırıblar.
Şenkal və Köyel Etiler səmtinin polis idarəsinə bir-birlərindən şikayətləniblər.

Prokurorluğun iddiası qəbul olunarsa, Şenkalı 1,5 ildən 12 ilədək, Köyelin isə 7,5 aydan 3,5 ilədək həbs gözləyir.

Milli.Az