Məşhur modelin 413 mindən çox avtomobili geri çağırılır

8 May 2025 18:00

"Volvo" təhlükəsizlik problemi səbəbindən 413 mindən çox avtomobilini geri çağırır.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 2021-2025-ci illər arasında istehsal olunan bir çox modeldə arxa görüntü kamerası arxaya sürüş zamanı işə düşmür.

Bu problem sürücülərin arxanı aydın görməməsinə səbəb olaraq, park etmə və geri manevra zamanı ciddi qəza riskini artırır. ABŞ Milli Avtomobil Yolu Təhlükəsizliyi İdarəsi (NHTSA) bu texniki problemin toqquşma ehtimalını artırdığını bildirir.

"Volvo" problemi həll etmək üçün istifadəçilərə iki seçim təklif edir: səlahiyyətli servis mərkəzlərindən fiziki dəstək və ya kabelsiz (OTA) yeniləmə yolu ilə proqramı uzaqdan sinxronizasiya etmək.

Geri çağırma xüsusilə populyar Volvo XC40 modelini əhatə edir.

İsmayıl
Milli.Az