Hadisə konsert zamanı özünü saxlaya bilmədi - FOTOlar

8 May 2025 13:53

Türkiyənin məşhur sənətçisi Hadisə həm şəxsi həyatı, həm də səhnə performansları ilə gündəmdə qalmağa davam edir.

Milli.Az xəbər verir ki, sevgi həyatında çətin bir dövrü arxada qoyan ifaçı, bu dəfə ona yönələn sərt tənqidlərə səhnədən cavab verməklə gündəmə gəlib.

Son zamanlar "Esas Oğlan" serialının rejissoru Şenol Sönmez ilə yaşadığı münasibətlə diqqət çəkən Hadisə cütlüyün fikir ayrılıqları səbəbilə yollarını ayırmasından sonra bir daha medianın diqqət mərkəzinə düşüb. Şəxsi həyatındakı dəyişikliklərlə yanaşı, cəsarətli səhnə geyimləri, enerjili çıxışları və sərbəst davranışları ilə də tez-tez müzakirə olunur.

Xüsusilə bir rəqs videosu sosial mediada geniş əks-səda doğurub. Bəzi istifadəçilər Hadisənin stilini "ədəbsizlik" adlandıraraq tənqid atəşinə tutublar.

Sosial mediada ən çox diqqət çəkən reaksiyalardan biri, tanınmış fenomen Reynmenin anası Nasibə Yılmaza məxsus olub.

O, Hadisənin performansı barədə belə deyib:

"Bir insan pul qazanırsa, bunu ədəb-ərkanla etsin. Bu pulun bərəkəti olmaz. Haramla qazanılan pulla fərqi yoxdur. İyrəncdir, mədəm bulandı."

Bu tənqidlərin ardından səhnəyə çıxan Hadisə dinləyicilərə belə müraciət edib:

"Bu aralar üzərimə çox gəlirlər. Hər yerdən hücum edirlər. Rəqsimə söz deyirlər, azad danışmağıma söz deyirlər, seksual olmağıma söz deyirlər... Amma mən buyam. Həyatımızda hər zaman belə şeylər yaşayacağıq".

Hadisənin bu açıq və sərbəst çıxışı izləyicilərdən alqış alıb və sosial mediada geniş müzakirələrə səbəb olub.

Kənan
Milli.Az