Pakistan xalqı 7 may gecəsi Hindistan Hərbi Hava Qüvvələrinin kütləvi hava hücumunun qarşısını alarkən Milli Silahlı Qüvvələrin nümayiş etdirdiyi peşəkarlıq, vətənpərvərlik və koordinasiya ilə qürur duymalıdır.
Milli.Az xəbər verir ki, bu sözləri Pakistan Baş naziri Şahbaz Şərif deyib.
"Ötən gecə Hindistan 85 qırıcı təyyarə ilə Pakistanın altı fərqli bölgəsinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarh və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd etdi. Lakin Pakistan Hərbi Hava Qüvvələri beş təyyarəni, o cümlədən üç "Rafale" qırıcısını vurdu. Onlardan biri Hindistanın Batxinda dairəsində qəzaya uğradı, həmçinin bir neçə pilotsuz uçuş aparatı məhv edildi", - Şərif bildirib.
Şərif əlavə edib ki, Pakistan silahlı qüvvələri Hindistana ölkənin gücünü və hazırlığını göstərən sarsıdıcı cavab verib:
"Qarşı tərəfə verilən cavab onları çaşqın vəziyyətə saldı və Pakistanın nüvə dövləti kimi gücünü, şücaətini və qüdrətini dərk etməyə məcbur etdi" .
Baş nazir Silahlı Qüvvələrin dəqiq planlaşdırma və koordinasiya ilə hərəkət etdiyini, bu səbəbdən də Pakistan xalqının təbrikə layiq olduğunu bildirib.
Fidan
Milli.Az