“Azərin” şirkətinin Baş direktoru, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanovun həyat yolu - DOSYE

9 May 2025 09:10

"Azərin" şirkətinin Baş direktoru, Azərbaycan İnternet Cəmiyyətinin sədri Qalib Qurbanovun dosyesini təqdim edirik. 

21 aprel 2025-ci il tarixinde 80 yaşı tamam olan Qalib Qurbanov ixtisasca mühəndis elektro-mexanikdir. 1972-1979 -cu illərdə Azərbacan enerji sistemində müxtılif, o cümlədən rəhbər vəzifələrldə çalışıb. 1979-1988-ci illərdə Azərbaycan Komunist patiyası Mərkəzi Komitəsində Sənayye-nəqliyyat və Maşınqayırma şöbələrində təlimatçı, şobə müdiri muavini vəzifələrində işləyib. Onun bir başa kurasiyasında energetika, rabitə, müdafiyyə sənayesi və radio-elektronika sahələri olub. O dövürdə Q.Qurbanovun bir başa iştraki ilə respublikada digər sahələrlə bərabər, rabitənin bütün sahələri, , telekomunikasiya avadanlıqlarının, raketlərin, inteqral mikrosxemlərinin, hərbi və mülkü kompüterlərinin, kosmik sistemlərinin v.s. istehsalı və sürətli inkşafi təmin edilib. 1988-1992-ci illərdə Evlax şəhərində və Zaqatala rayonunda Raykom katibi, Sovet sədri və icra başçısı vəzifələrində çalışıb.

1990-1995-ci illərdə Ali Sovetin deputatı, ilk Milli Məclisin üzvü olub. İqtisadiyyət və Beynalxalq əlaqələr komisiyasılarında Sədr muavini işləyib. Bir çox qanun layihələrinin müəllifi kimi onları MM təqdim edib.

1998-ci ildən bu günədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təsisçiliyi ilə yaradılan (51%), Azərbaycanın ilk İnternet Provayderlərindən olan "Azerin" MMC-nın təsisçilərindən biri, Baş direktorudur. "Azerin" MMC bu dövürdə fərdi və korporatif qurumlara internet xidməti göstərməklə barabər bir çox dovlət qurumlarının, iri şirkətlərin internet resurslarını hazırlayıb və onların texniki dəstəyinin təmin edib. Bundan başqa şirkətimiz bir çox dövlət qurumlarının ( XİN, Mərkəzi Bank, Ədliyyə Nazirliyyi v.s.) İnformasiya Sistemlərini vi Elektron Xidmətlərini yaradıb və uzun illər dəstəkləyib. "Azerin" MMC, "ULTRA" və "Microsoft" şirkətləri ilə birgə Respublikada ilk dəfə Elekron İmzanın və Sertifikat Mərkəzinin yaradılmasını və tədbiqini təmin ediblər. Bizim mütəxəssislər 1999-2000-ci illərdə Nazirliyin tapşırığı ilə, müqavilə əsasında "Aztelekom" və "BİTRİB" MMC tərəfindən İnternet Xidmətləri göstərilməsi üçün onlarda muvafiq şəbəkənin və proqram təminətının yaradılmasını təmin etmişdilər. Ötən dövür Şirkətimizdə güclü kadr potensialı yetişmışdır. Onu demək kifayyət edər ki hall hazırda "Azerin"-nin yetirmələrindən 9 nəfəri Kaliforniyanın məşur Silikon Vadisində dünyavi İT kompaniyalarında çalışırlar. Namiq Suleymanov və Rauf Quliyev isə "Google" və "Linkiden" Şirkətlərində rəhbər vəzifələrdə işləyirlər.

Şirkət eyni zamanda sahə üzrə hüquqi normativ sənədlərin hazırlanmasında iştrak edib.

2002-ci ildə Nazirliyin bəzi qurumlarını, bir çox İnternet Servis provayderlərini, elm və təhsil qurumlarını, istifadəçiləri öz tərkibində birləşdirən "Azərbacan İnternet Cəmiyyətinin (AİC) sədridir.

Q. Qurbanov 2013-2016-cı illərdə İT inkşafı Dövlət Fondunun muşaidə Şurasının üzvü olub. 2023-2018-ci illərdə Yüksək Texnologiyalar parkında exspert şurasının üzvü olub.

2021-ci ildən RİNN yanında İctimayi Şuranın sədr muavinidir.