Xolesterini təbii üsullarla aşağı salmaq istəyənlər üçün son dövrdə ən çox yayılan metodlardan biri sarımsaq qabığı ilə limon qarışığıdır.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, sarımsağın təkcə özü yox, qabığı da damarları təmizləyən güclü antioksidantlarla zəngindir.
Limon isə C vitamini və orqanizmi arındıran təsiri ilə tanınır. Bu iki məhsul birlikdə istifadə edildikdə, bədəndə pis xolesterini (LDL) azaldır və damar tıxanmasının qarşısını alır. Xüsusilə sarımsaq qabığındakı flavonoidlər və fenolik turşular iltihab əleyhinə təsir göstərir, limondakı sitrik turşu isə qaraciyərin fəaliyyətini gücləndirərək xolesterin səviyyəsini balanslaşdırır.
Reseptə görə, 4-5 diş sarımsağın qabıqları və 1 limonun suyu ilə qabığı 2 stəkan suda 10 dəqiqə qaynadılır. Soyuduqdan sonra süzülüb, acqarına gündə 1 fincan içilir. İddialara görə, bu qarışım xolesterini azaldır, damarları təmizləyir və ürək sağlamlığını qorumağa kömək edir.
İsmayıl
Milli.Az