Müğənni Manaf Ağayev açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi oğullarından şikayətlənib.
Səhhətində xırda problemin olduğunu qeyd edən müğənni bunları deyib:
"Qız övladı başqadır. Onu öpüb, bağrıma basıram. Adicə barmağım əzilmişdi, 10 dəfə yığıb ki, "Sarğını dəyişdin, ağrın var?" soruşur. Oğlanlarımın biri də zəng etməyib.
Heç maraqlanmırlar da.. İki gün keçibç indi soruşur ki, "Nə olub barmağına?", xəbəri yoxdur. Bir yerdə qalmırıq. Özüm də deməmişəm.
Allah bəxtin versin, ata-anaya qalan qız övladıdır".
Hüseyn
Milli.Az