“Qarabağ” 2-ci təsnifat mərhələsinə yüksəldi

8 May 2025 08:55

"Qarabağ"ın bu il də UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacağı rəsmiləşdi.

Milli.Az xəbər verir ki, buna səbəb PSJ-nin "Arsenal"ı Çempionlar Liqasında məğlub etməsi olub. 

Fransızların finala çıxması ilə "Slovan Bratislava" və "Qarabağ" turnirdə 1-ci təsnifatdan 2-ci təsnifata yüksəliblər.

Həmçinin Yunanıstanın "Olimpiakos" klubu da 2-ci təsnifatdan birbaşa Liqa mərhələsinə yüksəlib.

Milli.Az