İlham Əliyevin adından Vyetnamlı Baş katibin şərəfinə dövlət ziyafəti verilib - VİDEO - FOTO

7 May 2025 21:41

Mayın 7-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın və xanımı No Fon Linin şərəfinə dövlət ziyafəti verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ziyafətdə Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Milli.Az