Prezident: Azərbaycanla Vyetnam arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var

7 May 2025 18:35

Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlərdə məsələlər geniş müzakirə edildi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə mətbuata bəyanatında deyib.

"Energetika sahəsində imzalanmış sənədlər və apardığımız mübadilələr deməyə əsas verir ki, yaxın gələcəkdə biz bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az