17 azərbaycanlı Almaniyadan geri qəbul edildi

7 May 2025 11:10

Azərbaycan vətəndaşı olan 17 nəfər mayın 6-da Almaniyadan geri qəbul edilib.

Bu barədə Milli.Az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində baş tutub.

Milli.Az