Tiktoker Mahirə Marandskaya cinayət məsuliyyətinə cəlb olunub.
Milli.Az xəbər verir ki, o, insan alverində günahlandırılır. 24 yaşlı tiktoker barəsində gəlir və digər məqsədlərlə fahişəliyə cəlb etmə maddəsi ittiham irəli sürülüb. Onun bu əməlindən 10-a yaxın xanım zərər çəkib. Onların içində tələbələrin olduğu da bildirilir.
Məlumata görə, onunla bağlı cinayət işinin istintaqı yekunlaşaraq baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilib.
Təqsirləndirilən tiktokerin cinayət əməli Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən proseslərdə araşdırılacaq.
Qeyd edək ki, eyni əməllə bağlı birinci dəfə o sadəcə cərimə olunub. Əgər təkrar əməl sübuta yetirilərsə, 1 ildən 3 ilə kimi həbs edilə bilər.
Asya
Milli.Az