"Bütün Bakı bu geyimdə gəzir"

6 May 2025 22:27

Aktrisa Pərvin Abıyeva müğənni Nigar Camalın qızı Jasmini müdafiə edib.

Milli.Az xəbər verir ki, Jasminin idman tərzindəki geyimi sosial şəbəkədə tənqid olunub. P.Abıyeva instaqram səhifəsində tənqid yazanlarla mübahisə edib.

O, "Hə, gözəlliyinə heç nə deməyin, tutsun"qıjı" damarınız. Bir dənə "Maşallah, gözəl qızdır" yazan yoxdur. Gənc qızdır, indi onun elə geyinən vaxtıdır, bəsdirin. Bu geyimdə bütün Bakı gəzir. Rayonlarda belə qızlar top geyinir. Üstəlik, bu qızlar İngiltərədə böyüyüb. Bakıda yaşayan qızlar göbəyiaçıq geyinmir? İndi siz namus timsalı oldunuz?" deyə, istifadəçilərə cavab verib. (Axşam.az)

Milli.Az