Azərbaycanda tələbə faciəli şəkildə öldü

6 May 2025 20:42

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həlak olan Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi imiş.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az