Güclü yağış Bakı-Şamaxı yolunda maneə yaratdı - VİDEO

6 May 2025 20:50

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.

Milli.Az