Rusiyada bu tarixdən internetə giriş mümkün olmayacaq

6 May 2025 17:59

Moskvada 7-9 may tarixlərində keçiriləcək bayram tədbirləri zamanı internetə çıxışın məhdudlaşdırılması mümkündür.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (RSChS) göndərdiyi SMS bildirişində qeyd olunub.

Bildirişdə qeyd olunur ki, "bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə internetə giriş məhdudiyyətləri tətbiq oluna bilər".

Məlumata əsasən, məhdudiyyətlər 7 maydan 9 mayadək qüvvədə ola bilər.

T-Mobile və Rostelecom da Moskvada internet xidmətlərinə mümkün məhdudiyyətlər barədə abunəçilərinə SMS bildirişləri göndərməyə başlayıblar.

Fidan
Milli.Az