Kiberdələduzların qurbanı olmamaq üçün nə etmək lazımdır? - VİDEO

6 May 2025 08:08

Son zamanlarda kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, informasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, kiberdələduzlar artıq çox asanlıqla istənilən saytın klonunu yaratmaqla bu əməli həyata keçirirlər.

Ekspert bu kələyin qurbanı olmamaq üçün şirnikləşdirici təkliflərə aldanmamağı tövsiyyə edib.

Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edib.

Daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az